Azərbaycan - Moldova yoxlama oyunu öncəsi mətbuat konfransı keçirilib. Fanat.az jurnalistlərin suallarını cavablandıran millinin müdafiəçisi Pavel Paşayevin fikirlərini təqdim edir:
“Yoldaşlıq görüşü olmasına baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Yaxşı oyuna ümid edirəm. Bu vaxta qədər millinin heyətində debüt etməmişəm. Bu üzdən də debütümü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, baş məşqçi Moldova yığması ilə görüşdə mənə şans verəcək. Əgər bu baş versə, özümü yaxşı tərəfdən göstərməyə çalışacam. “Metallurq”da oynamasam da, oradakı aqibətimin yaxşı olacağını düşünürəm. Mənə elə gəlir ki, klubumda çıxış etməməyim millidəki debüt oyunuma pis təsir etməyəcək”.
Fanat.az