Paulinyo yenə zədələndi

Paulinyo yenə zədələndi

Braziliyanın “Korintians” klubunun futbolçusu Paulinyo 2023-cü ilin sonuna qədər meydana çıxa bilməyəcək.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçinin sol dizinin ön çarpaz bağı yırtılıb. O, yaxın günlərdə əməliyyat olunacaq.

Xatırladaq ki, “Barselona”nın keçmiş futbolçusu keçən il başqa zədə səbəbindən əməliyyat olunmuşdu. Buna görə, o, 7 ay futboldan kənar qalmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər