Paşayevli “Stal” uduzdu

Paşayevli “Stal” uduzdu

Futbol üzrə Ukrayna çempionatında XVI turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Stal"ın növbəti matçı evdə baş tutub.

Doğma meydanda "Vorskla" ilə üz-üzə gələn Kamenski klubu görüşdən məğlub ayırılıb – 0:1. Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Stal" 16 turdan sonra 14 xalla  8-ci pillədə qərarlaşıb. 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər