Paşayevin komandası uduzdu

Paşayevin komandası uduzdu

Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib. 

Qol.az-ın məlumatına görə, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Stal" doğma meydanda Donetsk "Olimpik"i ilə qarşılaşıb. 

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə yer alan Paşayev 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Stal" 6 xalla  12 klub arasında 9-cu pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər