Paşayev penaltini vura bilmədi

Paşayev penaltini vura bilmədi

Ukrayna Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Fanat.Az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin formasını geydiyi “Stal” səfərdə “İliçevets”in qonağı olub. 

Paşayev meydana start heyətində çıxıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda qapılara qol vurulmadığından cütün qalibi penaltilərlə müəyyənləşib. 

Pavel Paşayevin komandası penaltilərdə 2:4 hesabı ilə uduzmaqla kubokla vidalaşıb. “Stal”ın məğlubiyyətinə səbəb olan qaçırılan 2 penaltidən birini məhz Paşayev yerinə yetirib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər