Ukrayna Premyer Liqasında XX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” evdə “Zirka” ilə qarşılaşıb.
Paşayevin start heyətində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 3:0 hesabıyla Kamiensk təmsilçisinin xeyrinə başa çatıb.
Qeyd edək ki, 20 oyundan sonra hesabında 18 xal olan “Stal” 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.Az