Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyunlar başa çatıb. Fanat.az xəbər verir ki, PSJ ötən axşam "Mançester Siti"ni qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. Hesabı 38-ci dəqiqədə qonaqlardan Kevin de Bruyne açıb. 3 dəqiqə sonra meydan sahiblərindən Zlatan İbrahimoviç bərabərliyi təmin edib. 59-cu dəqiqədə Andre Rabiot PSJ-ni hesabda önə keçirib. 72-ci dəqiqədə isə Fernandinyo matçın son qoluna imza atıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç 14-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Fanat.az