Paris-2024: Osman 1/4 finalda!

Paris-2024: Osman 1/4 finalda!

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərin mübarizəsi davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycan güləşçisi Osman Nurmaqomedov 86 kq çəkidə ilk görüşünə çıxıb. 

O, 1/8 finalda monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gəlib. İdmançımız mübarizədən inamlı qalibiyyətlə ayrılıb - 11:2. 

Nurmaqomedovun 1/4 finaldakı rəqibi San Marino idmançısı Nazem Amin olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər