Paralimpiya çempionumuz: "Bu, hələ başlanğıcdır"

Paralimpiya çempionumuz: "Bu, hələ başlanğıcdır"

"Çox sevinirəm ki, ikinci medalımı aldım və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm".

Fanat.Az xəbər verir ki, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarının atletika üzrə çempionu Lamiyə Vəliyeva deyib.

400 metr məsafəyə qaçışda 55,00 saniyə nəticə ilə Paralimpiya rekordunu qıran 19 yaşlı idmançı yarışa uzun müddət hazırlaşdığını bildirib: "Bu, hələ başlanğıcdır. Biz 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına hazırlaşacağıq. Əminəm ki, orada da ölkəmi layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, Lamiyə Vəliyeva avqustun 31-də 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər