PAOK-da 3 itki

PAOK-da 3 itki

PAOK klubu Azərbaycana itkilərlər gəlir. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 20-də Bakıda qarşılaşacağı Yunanıstanın təmsilçisi 3 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar Dimitris Pelkas, Giorgios Tsavellas və Tasos Dimitriadisdir. Zədəli olan bu futbolçular Bakıya gətirilməyəcək.

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər