Ozobiçin durumuna aydınlıq gəldi

Ozobiçin durumuna aydınlıq gəldi
"Qarabağ" klubunun zədələnən futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi təxminən bir həftədən sonra məşqlərə başlayacaq.
Ötən məşqlərin birində xəsarət alan xorvatiyalı oyunçunun Azərbaycan Kubokunun 1/4 final matçlarına qədər sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" fevralın 1-də və ya 2-də Azərbaycan Kubokunda "Turan Tovuz” - "Qəbələ” cütünün qalibi ilə üz-üzə gələcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər