Ozanlı “Eyndhoven”dən növbəti qələbə

Ozanlı “Eyndhoven”dən növbəti qələbə

Futbol üzrə Niderland birinci divizionunda 36-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Roda” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib - 2:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 90+3-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Eyndhoven” hazırda 57 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər