Ozan Can mövsümü qolla başa vurdu

Ozan Can mövsümü qolla başa vurdu

Futbol üzrə Niderland birinci divizionunda mövsümün sonuncu – 38-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də sonuncu matçına çıxıb.

Sözügedən kollektiv evdə “Den Boş”la qarşılaşıb. Futbolçumuzun komandası bu matçda inamlı qələbəyə sevinib – 2:0.

Ozan da bu görüşün iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb, 88-ci dəqiqədə isə komandasının ikinci qolunu vurub.

“Eyndhoven” mövsümü 43 xalla 14-cü pillədə başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər