Ozan Can Kökçü millimizdə oynamaq istəmir - qardaşı açıqladı

Ozan Can Kökçü millimizdə oynamaq istəmir - qardaşı açıqladı

“Qardaşım Niderlandın II Liqasında çıxış edən “Telstar”da oynayır. Daha əvvəllər Türkiyədə “Bursaspor” və “Giresunspor” klublarının formasını geyinib. Azərbaycanda isə “Sabah”ın şərəfini qoruyub”.

Fanat.Az xəbər verir ki, bunu Türkiyə milli komandasının futbolçusu Orkun Kökçü deyib. 

O, Türkiyə Futbol Federasiyasının rəsmi saytına verdiyi müsahibəsində Azərbaycanın gənclər millisində oynamış qardaşı Ozan Can Kökçüdən də danışıb: “O, Azərbaycanın gənclər yığmasında oynadı. Amma indi ordan ayrılıb. Türkiyə milli komandasında oynamaq ehtimalı olduğu üçün Azərbaycan yığmasından imtina edib. Orada “Sabah”da çıxış edərkən U-21-in şərəfini qorumaq üçün təklif gəldi və tez bir zamanda pasport verdilər. Yəni qardaşım həm də Azərbaycan vətəndaşıdır. Azərbaycan millisi onu istəyir. Lakin Türkiyə yığmasından təklif gələr deyə hələ bunu qəbul etməyib. Hücumun cinahlarında, həmçinin pleymeyker kimi oynaya bilir. Əvvəl daha həvəsli idi. Evləndikdən sonra azacıq gerilədi. Azərbaycanlı bir gəlinimiz var. Onun türkcəsi məndən daha yaxşıdır".

Türkiyə millisinin üzvü futbola gəlişi barədə danışarkən maraqlı fakt açıqlayıb: "Atamla anam "idman etsinlər" deyə kluba yazmışdılar. Amma biz futbolu sevirdik. Qardaşım çox çalışırdı. Mən onun qədər bacarıqlı deyildim. 10 yaşım olanda qardaşım "Qroningen"in aşağı yaşlılarına qəbul olundu. Mən də oradakı yan meydançada öz-özümə məşq edirdim. Komandanın skautlarından olan Roland Kumanın atası Martin Kuman sağ və sol ayağımla zərbə vurarkən məni kənardan izləyirmiş. Yanıma gəldi və "sən də məşqimizə qatılmaq istəyirsən" deyə soruşdu. "İstəyirəm" dedim və məşqlərə başladım. Yəni məni "baba Kuman" kəşf etdi".

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Ozan Can Kökçü Azərbaycanın 2018-ci ildə U-20 yığmasında 3, 2017-2020-ci illərdə U-21 komandasında 17 (2017-20) oyun keçirib. O, ikincilərlə 2 qola da imza atıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər