"Oyundan öncə Qaviyə dedim ki..." - Robert Levandovski

"Oyundan öncə Qaviyə dedim ki..." - Robert Levandovski

"Barselona"nın hücumçusu Robert Levandovski İspaniya Superkubokunun finalından - "Real Madrid"i 3:1 hesabı ilə yendikləri matçdan öncə gənc komanda yoldaşı Qavi ilə nə danışdığını deyib.

Fanat.Az xəbər verir ki, "Sport.es" onun söylədiklərini belə çatdırıb:

"Matçdan əvvəl Qaviyə dedim ki, biz bir-birimizə yaxın oynasaq, təhlükəli vəziyyətlər yaradacağıq. 

Əlbəttə, titul qazanmaq həmişə xoşdur. Qarşıdakı böyük hədəf La Liqanın qalibi olmaqdır. Yəni ən çətini hələ irəlidədir. Zirvədə qalmaq, istəyimizə çatmaq üçün mübarizə aparmalıyıq".

Qeyd edək ki, bu mükafat həm Levandovski, həm də 18 yaşlı Qavi üçün "Barselona" forması ilə əldə edilən ilk titul olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər