"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Mançester Yunayted"ə qarşı bu gün keçirəcəkləri ev oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, "City Xtra" ispaniyalı mütəxəssisin Mançester derbisi ərəfəsində dediklərini belə çatdırıb:
"Ötən mövsüm "Mançester Yunayted"in "Liverpul"a 0:7 hesabı ilə uduzmasından sonra nə baş verdiyini yaddan çıxarmayın. Bu komandaların cari mövsüm keçirdikləri görüşdən öncə hamı MY-nın neçə top buraxacağını soruşurdu. Bəs nəticə necə oldu? "Liverpul" qələbə qazana bilmədi (17-ci turda reallaşan görüş 0:0 hesabı ilə bitib - red.). "Yunayted" "Yunayted"dir".
Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" qarşılaşması Bakı vaxtı ilə 19:30-da başlayacaq.