Oyuna sərxoş çıxan hakimlər cəzalandı - VİDEO

Oyuna sərxoş çıxan hakimlər cəzalandı - VİDEO

Çexiya futbolunda maraqlı hadisə baş verib. Fanat.az xəbər verir ki, "Prşibram" - "Slaviya" matçın köməkçi hakimi İrki Yex və dördüncü hakimi Merek Pilinin oyuna içkili vəziyyətdə çıxıb.

Məsələ burasındadı ki, matç zamanı müvazinətini saxlaya bilməyən Marek Pilni yerə yıxılıb. Bunun nəticəsi kimi, Çexiya Futbol Federasiyası hər iki referini qeyri-müəyyən müddətə idarəçilikdən kənarlaşdırıb. Onların ömürlük hakimlikdən uzaqlaşdırılacağı da istisna olunmur. 

Qeyd edək ki, oyun "Slaviya"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər