“Çox üzgünük” - Əmrah Çəlikəl

“Çox üzgünük” - Əmrah Çəlikəl

“Çox istəyirdik ki, qələbə qazanaq. Hava şəraitinin pis olmasına baxmayaraq, azarkeşlərimizdən möhtəşəm dəstək gördük. Çox gözəl ab-hava var idi. Vurduğumuz qoldan sonra ümidlənsək də, nəticə ürəyimizcə olmadı”. Bu sözlər "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikələ məxsusdu.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda öz meydanında İtaliyanın "Fiorentina" klubuna məğlub olub. Oyundan sonra əməkdaşımızın suallarını cavablandıran klub rəsmisi fikirlərini bildirib.

Əmrah Çəlikəl bildirib ki, "Qarabağ" futbolçu azlığından əziyyət çəkmir: “Bizim iki futbolçumuz cəzalı idi. Futbolçu azlığı ilə bağlı heç bir problemimiz yoxdu. İstədiyimiz transferləri də həyata keçirmişik. Bu gün biz transferlər haqda yox, məğlub olduğumuz oyun haqda düşünürük. Çox üzgünük”.

Klub rəsmisi gənc futbolçu Mahir Mədətovun "Fiorentina" ilə matçda şans qazanması məsələsinə də toxunub: “Məncə, Mahir üçün də, Azərbaycan futbolu üçün də yaxşı nəticədi. O, belə oyunlarda çox mühüm təcrübə toplaya bilər. Ümid edirəm ki, Mahir bundan sonra daha da inkişaf edəcək”.

Çəlikəl "Qarabağ"ın qrupdan çıxa bilməməsini şanssızlıqla əlaqələndirib: “Müəyyən qədər təcrübə çatışmazlığı var. Şanssızlıq da oldu. "Slovan"a məğlubiyyət bizim işimizi çətinə saldı. Deməzdim ki, komandada arxayınlıq yarandı. Sadəcə, şanssızlıq bizim qrupdan çıxmağımıza mane oldu”.(“Qafqazinfo”)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər