"Napoli"nin hücumçusu Viktor Osimhen növbəti mövsüm üçün seçimini edib.
Fanat.Az xəbər verir ki, nigeriyalı PSJ və "Çelsi"dən birində oynayacaq.
Bu barədə “La Gazetta dello Sport” məlumat yayıb. Osimhen ona Kilian Mbappeni əvəzləyəcək futbolçu kimi baxan PSJ variantının reallaşması daha çox ehtimal olunur. Onun satışından böyük qazanc götürməyə çalışan "Napoli"nin Paris klubu ilə razılaşacağı real görünür.
Bununla belə, Premyer Liqa da futbolçunun uşaqlıq arzusudur. Hətta "zadəganlar"ın gələn mövsümü avrokuboksuz keçirə bilmək qorxusuna baxmayaraq, hazırda "Çelsi" onun ilk seçimidir.Osimhen hələ yekun qərarını verməyib.
Viktor Osimhen bu mövsüm "Napoli"nin heyətində 22 matça çıxaraq 14 qol vurub, 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" 25 yaşlı forvardın dəyərini 110 milyon avro qiymətləndirir.
Mirağa