"Real Madrid"in vingeri Vinisius Junior komandanın ulduz forvardı Kərim Benzemadan danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı braziliyalı futbolçunun söylədiklərini belə çatdırıb:
"Benzema əla insan və möhtəşəm futbolçudur. O, meydanda mənə kömək etmək üçün mümkün olandan artığını ortaya qoymağa çalışır. İlk vaxtlardan dəstəyini əsirgəməyib. Mənə hər zaman inanıb... Məhz onun inamı sayəsində ciddi addımlar atmışam. Həm çox qol ötürməsi verməyimə yardımçı olur, həm də rəqib qapılarına yol tapmağıma... O, meydanda deyilsə, dərhal yeri görünür. Belə oyunçu ilə bir komandada mübarizə aparmaq arzudur. Heç vaxt bu səviyyədə hücumçularla oynamamışam. Onu tanıyana qədər belələrini videooyunlarda görmüşdüm. Benzemanın səviyyəsi məni sadəcə, heyran qoyur".