Oğlunun oyununa getdi, terrorda öldü - FOTO

Oğlunun oyununa getdi, terrorda öldü - FOTO

Türk futbolçunun atası terror aktının qurbanı olub. Fanat.az xəbər verir ki, "Qalatasaray"ın və Türkiyə millisinin forvardı Umut Bulutun atası dünən Ankarada baş verən terror hamanı həlak olub.

Kamal Bulut dünən "Gənclərbirliyi" ilə qarşılaşan "Qalatasaray"ın düşərgəsini ziyarət edib və komandaya uğur arzulayıb. Axşam isə stadionda matçı canlı izləyib. Oyundan çıxıb evinə gedərkən isə terror aksiyasının qurbanı olub.

Umut Bulut qara xəbəri klubun Floryadakı bazasında öyrənib. Bakı vaxtı ilə saat 14.00-da başlamalı olan məşqdən öncə futbolçuya atasının həlak olması barədə məlumat verilib.

Oğlunun oyununa getdi, terrorda öldü - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər