Olimpiya çempionu Moskvada döyüldü

Olimpiya çempionu Moskvada döyüldü

Rusiyanın fiqurlu konkisürmə üzrə olimpiya çempionu Dmitri Solovyov naməlum şəxslərin hücumuna məruz qalıb.

Fanat.Az-ın TASS-a istinadən məlumatına görə, hadisə paytaxt Moskvada baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 32 yaşlı idmançı xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Solovyov 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarınını komanda yarışlarında qızıl medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər