"Olimpiakos"da daha bir itki: Hücumçusu 1 aylıq sıradan çıxdı

"Olimpiakos"da daha bir itki: Hücumçusu 1 aylıq sıradan çıxdı

Yunanıstan Super Liqasının 6-cı turu çərçivəsində dünən "Atromitos"la keçirilən matçda zədələnən "Olimpiakos"un hücumçusu Yusif Əl Ərəbinin zədəsinin ciddi olduğu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Pirey təmsilçisinə yaxın olan jurnalist Kostas Nikolakopoulos məlumat yayıb.

Komandanın müxbiri vurğulayıb ki, bu gün səhər keçirilən MRT müayinəsinin nəticəsinə əsasən, mərakeşli hücumçu təxminən bir aya yaxın yaşıl meydanlardan uzaq qalacaq. Bu o deməkdir ki, o, oktyabr ayı ərzində keçiriləcək 6 oyunu buraxa bilər. Söhbət “Qarabağ”la Avropa Liqasının qrupundakı ev və səfər (6 oktyabr, 13 oktyabr), həmçinin, OFI (9 oktyabr), PAOK (17 oktyabr), "Panaitoliko" (22 oktyabr), "Frayburq" (27 oktyabr), "Lamia" (30 oktyabr) komandaları ilə görüşlərindən gedir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər