Azərbaycan Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Fanat.az xəbər verir ki, "Rio-2016"yə növbəti bileti Patimat Abakarova əldə edib.
O, uğura Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirində imza atıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Patimat finala yüksəlməklə buna nail olub. Abakarova finala qədər hollandiyalı Dino Poriunes-Lanqerudu (4:1), yunan İonna Kotsı (5:1) və ukraynalı İrina Romaldanovu (3:1) məğlub edərək edib.
Dünən eyni uğuru Fəridə Əzizova qazanmışdı. Bu Azərbaycanın Yay Olimpiya Oyunlarına qazandığı 31-ci lisenziya oluö
Fanat.az