"Olimpiadada iki yerli idmançı ilə təmsil olunmaq imkanımız var" - Açıqlama

"Olimpiadada iki yerli idmançı ilə təmsil olunmaq imkanımız var" - Açıqlama

"Paris-2024 Olimpiadasında iki yerli idmançı ilə təmsil olunmaq imkanımız var. Bu, baş versə, tarixdə ilk belə hal olacaq".

Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan üzgüçülük yığmasının baş məşqçisi Rəşad Əbdürəhmanov deyib.

"Olimpiadada iki yerli idmançı ilə təmsil olunmaq imkanımız var" - Açıqlama

"Yığma komandanın hazırda ən aparıcı üzvü olan Ramil Vəlizadə A, yəni birbaşa lisenziyaya real namizəddir. 18 yaşlı idmançı bu il gənclər arasında Avropa çempionatının bürünc medalını qazanaraq ölkə üzgüçülüyündə tarixi ilkə imza atdı. Ardınca da İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı. Üstəlik, Konyada nəticəsini daha da yaxşılaşdırmış oldu. Bu, onu göstərir ki, idmançı stabildir, getdikcə də daha yaxşı olacaq. Digər namizədimiz isə Məryəm Şeyxəlizadəxangahdır. O da gənc olsa da, bir sıra nəticələri olan, ümidverici idmançımızdır".

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər