"Barselona"nın qabonlu forvardı Pyer-Emerik Obameyanq İspaniyadakı malikanəsində silahlı hücuma məruz qalıb.
Fanat.Az "El Pais" saytına istinadən xəbər verir ki, bu barədə Kataloniya polisi məlumat yayıb.
33 yaşlı hücumçunun 4 nəfər naməlum şəxs tərəfindən odlu silahla hədələnərək döyüldüyü bildirilir. Daha sonra cinayətkarlar hadisə yerindən qaçıblar.
Futbolçunun həyat yoldaşı dərhal bu barədə yeri polisə məlumat verib.
Hazırda istintaq araşdırması gedir.