17 yaşlı futbolçu Eş Filips ötən tur İngiltərənin ikinci divizionu sayılan Çempionşipdə "Blekbörn"ün heyətində debüt edib.
Fanat.Az xəbər verir ki, onun debütünə klub rəhbərliyi xüsusi olaraq hazırlaşıb.
Filips geyinəcəyi futbolkadan klubun titul sponsorunun loqosu çıxarılıb. Bu da təsadüfi deyil. Səbəb komandanın sponsorunun elektron siqaret şirkəti - "Totally Wicked Vaping" olmasıdır.
Klub rəhbəri hesab edir ki, bu yaşda gənc zərərli məhsulların reklam olunmasında iştirak edə bilməz.
Emin