"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager "qırmızılar"ın uruqvaylı hücumçusu Darvin Nunyesin oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Mirror" Karragerin dediklərini belə çatdırıb:
"Onun ifasında çox şeylə qürur duymaq olar. Darvin əla mövsüm keçirir. Ancaq elə şeylər var ki, onların üzərində işləməlidir. O, meydanda daha incə davranmalıdır. Nunyes təhlükəli hücumçudur, amma hamı bilir ki, o, heç vaxt bütün anları düzgün dəyərləndirən biri olmayacaq. Əlbəttə, heç şübhə yoxdur ki, Darvin bu mövsüm inkişaf edib. Lakin artıq hərəkətləri dayandırmalı, oyunun müəyyən anlarında daha qətiyyətli olmalıdır".
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında 10 oyuna çıxan Nunyes 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat