Azərbaycan İkinci Liqasında 2-ci turun oyun cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, növbəti tura sentyabrın 8-də start veriləcək.
İlk oyun günündə dörd qarşılaşma baş tutacaq. Qalan üç oyun isə sentyabrın 9-na təsadüf edəcək.
İkinci Liqa 2-ci tur 8 sentyabr
“Lerik” – “Şəki Siti” Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Füzuli” – “Qusar” Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Şimal” – “Ağdaş” Siyəzən şəhər stadionu, 16:30.
“Şəmkir” – “Hypers Guba” Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
9 sentyabr
“Dinamo” – “Şəfa” “Neftçi Futbol Mərkəzi” (3-cü meydança), 15:00.
“Saatlı-Araz” – “Göygöl” Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Kür-Araz” – “Şahdağ Qusar” Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.