Ağır günlər yaşayan "Rəvan" Premyer Liqadan da imtina etdi. Lisenziyaya görə AFFA-ya müraciət etməyən Bakı klubunun yeni mövsümdə I divizionda çıxış edəcəyi dəqiqləşib.
Artıq Nuru Əliyev klubdan tamamilə əlini çəkib. İş adamı nəyinki kiməsə maaş vermək, heç 20 manat belə xərcləmək istəmir. Bunu klubun rəsmi saytı da sübut edir. Belə ki, revanfc.az domeni bağlanıb. Sayta giriş etmək istəyənlər "Sayt Borcdan Bağlanıb" xəbərdarlığı ilə qarşılaşır.
Qeyd edək ki, domenin vaxtını uzatmaq üçün cəmi 20 manat pul lazımdı. Amma onlarla şirkəti, illik dövriyyəsi milyonlarla manat olan Nuru Əliyev 20 manat ödəyərək klub saytının fəaliyyətini davam etdirməsinə belə xəsislik edir.

Fanat.az