Nurlan Novruzovun yeni klubu bəlli oldu - RƏSMİ

Nurlan Novruzovun yeni klubu bəlli oldu - RƏSMİ

Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Litvada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu "Jonava" klubu ilə razılaşıb.   Bu barədə Litva klubunun rəsmi saytı məlumat yayıb.

"Jonava" yeni başlayan Litva çempionatının ilk 5 turunda qələbə qazana bilməyib və hazırda sonuncu pillədə qərarlaşıb. 

Qeyd edək ki, Nurlan Novruzov karyerası ərzində Azərbaycanda "Bakı”, "Sumqayıt”, "Səbail”, "Zirə", Türkiyədə "Şanlıurfa”, "Dersim 62 Spor”, Moldovada "Dinamo-Auto”, Estoniyada "Narva Trans”, Nepalda "Maçxindira” kimi klublarda forma geyinib. O, 2014/15 mövsümündə “Bakı”nın heyətində vurduğu 15 qolla Azərbaycan çempionatının bombardiri olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər