Noyer millidən gedəcəyini açıqladı

Noyer millidən gedəcəyini açıqladı

Almaniyalı qapıçı Manuel Noyer milli karyerasını bitirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, bu barədə təcrübəli qolkiper "Bild"ə açıqlamasında deyib.

36 yaşlı qapıçı bunun hansı halda baş verəcəyini açıqlayıb: "Çox güman ki, Qətərdəki dünya çempionatı mənim üçün sonuncu olacaq. Baxmayaraq ki, belə olmaya da bilər. Bu, turnirin nəticəsindən asılı olacaq. Dünya çempionu olsaq, milli ilə vidalaşmaq barədə düşünəcəm. Qətərdəki turnirdə qalib gəlmək istədiyimizi söyləməkdən qorxmuram. Amma bilirik ki, bir çox güclü komandalarla qarşılaşacağıq”.

Qətərdəki dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. E qrupunda çıxış edəcək Almaniyanın qrupdakı rəqibləri İspaniya, Kosta-Rika və Yaponiya komandaları olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər