"Rəvan"dan uzaqlaşdırılan Nodar Məmmədovla Bəxtiyar Soltanov karyerasını AZAL-da davam etdirə bilər. Fanat.az xəbər verir ki, hər iki futbolçu praytaxt klubunun düşərgəsindədi.
Baş məşqçi Vaqif Sadıqov onları komandada görmək istəyir. Danışıqlar müsbət nəticələnsə hər iki futbolçu müqavilə bağlayacaq.