Nkunku yenə sıradan çıxdı

Nkunku yenə sıradan çıxdı

"Çelsi" klubunun futbolçusu Kristofer Nkunku növbəti dəfə sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, məlumatı "zadəganlar"ın rəsmi saytı yayıb.

Tibbi müayinədən keçən 26 yaşlı forvardın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, Nkunku "Çelsi"yə 2023-cü ilin yayında Almaniyanın “Leyptsiq” klubundan 60 milyon avroya transfer edilib. Fransa millisinin üzvü dizindən əməliyyat olunduğu üçün mövsümün birinci yarısında komandasına kömək edə bilməyib. Ardından ombasından xəsarət alan oyunçu son olaraq fevralın 17-də Premyer Liqada "Mançester Siti" ilə heç-heçə (1:1) etdikləri matçda oynayıb. O, cari mövsüm 7 qarşılaşmada 2 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər