Nizami Hacıyev Gürcüstana getdi

Nizami Hacıyev Gürcüstana getdi
Nizami Hacıyevin meydana dönüşü uğursuz olub. Fanat.az xəbər verir ki, bir müddət zədə səbəbindən oynamayan "İnter"in kapitanı yenidən sıradan çıxıb.
Dünən "Neftçi" ilə matçın 46-cı dəqiqəsində Yuri Fomenkonu əvəzləyən yarımmüdafiəçi 10 dəqiqə sonra əvəzlənib. Buna səbəb onun əzələsinin dartılması olub.
Bu gün tibbi müayinədən keçən Hacıyevin əzələsində 10-12 sm dartılma aşkarlanıb. Əvvəlki zədəsini yeniləyən 28 yaşlı futbolçu terapiyadan keçmək üçün bu gün Gürcüstana yola düşüb. Həkimlər yığmamızın sabiq üzvünün 2 həftə sonra komandaya qoşula biləcəyini bildiriblər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər