Niderland Super Kubokunun sahibi bilindi

Niderland Super Kubokunun sahibi bilindi

Niderland Super Kubokunun sahibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, həlledici matçda son ölkə çempionu "Feyenoord" və ölkə kubokunun son qalibi PSV qarşılaşıb.

1:0 hesabı ilə qalib gələn PSV Super Kubokun sahibi olub. Yeganə qolu 79-cu dəqiqədə Noa Lanq vurub.

Beləliklə, PSV ardıcıl 3-cü, tarixində 14-cü dəfə Niderland Super Kubokunu qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər