Dortmund "Borussiya"sının hücumçusu Doniel Malen karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Caught Offside" yayıb.
Xəbərə görə, onun xidmətində iki İngiltərə nəhəngi - "Liverpul" və " Arsenal" maraqlıdır. Mənbə Niderland millisinin forvardının "topçular"ın sıralarına qoşulmaq variantını daha üstün tutduğunu vurğulayıb.
Qeyd edək ki, Malen 2021-ci ildən "Borussiya"nın uğurları üçün çalışır. Ötən mövsüm "arılar"ın forması ilə bütün turnirlərdə 38 matça çıxan futbolçu 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Nihat