PSJ-nin transfer etmək istədiyi Neymar karyerası ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu "Barselona"da qalmaq qərarına gəlib.
Bu barədə Kataloniya klubunun prezidenti Yosep Maria Bartomeu açışlama verib. Klub rəhbəri bildirib ki, Neymarla yeni müşaviləni razılaşdırıblar. Anlaşmanın müddəti 5 ildi.
"Neymar "Barselona"da qalmaq istəyir. 2-3 günə yeni müqavilə imzalanacaq" deyə Bartomeu bildirib.
Neymarın hazırkı müqaviləsində transfer haqqı 190 milyon avro idi. "Barselona" yeni anlaşmada bu məbləği 230 milyon avroya qaldıracaq.
Fanat.az