Neymarın dönüşü yubanır - Bu tarixədək oynaya bilməyəcək

Neymarın dönüşü yubanır - Bu tarixədək oynaya bilməyəcək

"Əl-Hilal" (Səudiyyə Ərəbistanını) hücumçusu Neymarın bərpa prosesi gecikir.

Fanat.Az AS-a istinadən xəbər verir ki, futbolçunun noyabrda sıraya dönəcəyi gözlənilir.

Braziliya yığmasının heyətində diz bağlarından zədələnən 32 yaşlı hücumçu ötən ilin oktyabrından meydana çıxmır. Bərpa prosesi ləngidiyindən onun komandaya dönməsi üçün daha iki ay lazım olacaq.

Qeyd edək ki, "Barselona"nın və PSJ-nin keçmiş futbolçusu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı çempionatında çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər