Braziliya olimpiya yığmasıyla qızıl medallar qazanan Neymar kapitanlıqdan imtina edib. Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu ölkəsini şoka salacaq açıqlama verib.
Almaniya ilə keçirilən final oyununun qəhrəmanı bundan sonra millinin kapitanı olmaq istəmədiyini deyib. Qızıl medal qazandıqdan sonra onun belə bir qərar verməsi hər kəsi şoka salıb. Çoxları bu qərarına görə onu tənqid etsə də, Neymar fikrindən dönmək niyyətində olmadığını açıqlayıb.
Fanat.Az