Neymardan şad xəbər

Neymardan şad xəbər
Neymarın PSJ-nin düşərgəsinə qayıdacağı tarix açıqlanıb. Fanat.Az xəbər verir ki, ağır zədədən əməliyyat olunan braziliyalı ulduz aprelin sonunda komandaya qoşulacaq. 
Hazırda PSJ-nin həkiminin nəzarəti altında bərpa prosesi keçən 26 yaşlı hücumçu Fransa çempionatının son 3 oyununda - "Amyen”, "Renn” və "Kan”la görüşlərdə Paris təmsilçisinə kömək edə biləcəyi proqnozlaşdırılır. PSJ Fransa Kubokunun finalına çıxacağı təqdirdə, onun bu görüşdə də iştirak etmək ehtimalı var. 
Daha əvvəl Braziliya yığmasının həkimi Rodriqo Lasmar forvardın, təqribən, 3 ay yaşıl meydanlardan kənar qalacağını bildirmişdi. Onun hətta Dünya çempionatını buraxacağı da bildirilirdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər