Arda Turan yenidən "Barselona"nın ilk "11-liy"ində yer almaq şansı qazanıb. Fanat.Az xəbər verir ki, buna səbəb Neymarın sıradan çıxasıdı.
Belə ki, "El Klasiko"da sarı vərəqə alaraq cəzalı duruma düşən braziliyalının həm də zədəsi var. Bu səbəbdən o, komandanın son məşqinə qatılmayıb.
Neymarın qarşıdakı iki - Çempionlar Liqasının keçriləcək "Borussiya" (Münhenqladbax, Almaniya) və La Liqanın dekabrın 10-da baş tutacaq "Osasuna" ilə matçlarında kənarda qalacağı bildirilir. Onun əvəzində start heyətində yer almağa ən real namizəd isə Arda Turan hesab olunur.
Qeyd edək ki, Arda Turan "El Klasiko"dan sonra ən çox tənqid olunan futbolçu idi. 1:1 hesabı ilə yekunlaşan matçın sonlarında Serxio Ramosa qarşı qaydanı pozan türk futbolçu bununla rəqibin cavab qolunu vurmasına şərait yaratmışdı. Hətta baş məşqçi Luis Enrike də oyundan sonra onu tənqid etmişdi.
Fanat.Az