Neymar 1 ay oynamayacaq?

Neymar 1 ay oynamayacaq?

PSJ-nin ulduz futbolçusu Neymar Fransa I Liqasının XIV turunda "Lill"ə ev oyununda (4:3) zədələnib. 

Fanat.Az xəbər verir ki, braziliyalı hücumçuya sağ topuğunda oynaq bağlarının qismən qopması diaqnozu qoyulub. 

Məlumatı "L’Equipe" yayıb. Xəbərə görə, Neymar 3-4 həftə ərzində yaşıl meydanlardan uzaq qalacaq. 

Beləliklə, futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçına - "Bayern Münhen"lə səfər qarşılaşmasını buraxmalı olacaq. 

Qeyd edək ki, PSJ öz meydanında bu rəqibinə 0:1 hesabı ilə yenilib. Tərəflərin ikinci dueli martın 8-də reallaşacaq.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər