Nəsirlinin komandası evdə xal itirdi

Nəsirlinin komandası evdə xal itirdi

Latviya çempionatında 32-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə qarşılaşıb. Oyun qolsuz yekunlaşıb – 0:0.

Ramin də bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.

“Dauqavpils” hazırda 33 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər