Nemara milli ŞOK

Nemara milli ŞOK

Braziliya millisinin Amerika kubokunda iştirakı üçün heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, yığmanın baş məşqçisi Dunqa 23 futbolçuya dəvət göndərib.

Bu futbolçuların arasında isə Neymarın adı yoxdu. "Sambaçı"nın Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı nəzərdə tutulduğundan onun Amerikadakı turnirə aparılmaması məqsədəuyğun hesab edilib.

Qapıçılar: Alisson ("İnternasional"), Dieqo Alveş ("Valensiya"), Ederson ("Benfika").

Müdafiəçilər: Daniel Alveş ("Barselona"), Fabinyo ("Monako"), Filipe Luis ("Atletiko", Madrid), Duqlas Santos ("Atletiko Mineyro"), Miranda ("İnter"), Gil ("Şandonq Lunenq"), Markinyos (PSJ), Rodriqo Kayo ("Sao Paulo").

Yarımmüdafiəçilər: Luiz Qustavo ("Volfsburq"), Elias ("Korintians"), Kasemiro ("Real", Madrid), Rafinya ("Barselona"), Renato Auqusto ("Beyjinq Quoan"), Filipe Koutinyo ("Liverpul"), Lukas Lima ("Santos"), Villian ("Çelsi").

Hücumçular: Duqlas Kosta ("Bavariya"), Halk ("Zenit"), Rikardo Oliveyra ("Santos") və Qabriel ("Santos").

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər