Avropa nəhəngləri Kristian Pulişiçi transfer etmək uğrunda yarışa başlayıb. Fanat.az xəbər verir ki, Dortmund "Borussiya"sının 17 yaşlı futbolçusunu "Real", "Mançester Siti" və "Liverpul" kimi böyük klublar heyətinə qatmağa çalışır.
Qeyd edək ki, Kristian Pulişiç ötən il ABŞ-ın "PA Klassik" klubundan "Borussiya"ya transfer olunub. ABŞ millisinə dəvət alan 17 yaşlı yarımmüdafiəçi Almaniya klubunun heyətində 11 rəsmi oyuna çıxıb və 2 qol vurub.
Fanat.az