Dünən I divizionda XXIV tura start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub. Fanat.az oyunlardan videoları təqdim edir:
Lider "Neftçala" "Ağsu"nu qəbul edib. I divizionun son qalibi doğma meydanda önündə 5:2 hesablı qələbə qazanıb.
İkinci pilləninin sahibi "Qaradağ Lökbatan" evdə "Zaqatala"nı 2:1 hesabı ilə yenib. Bununla da sona 2 tur qalmış 1-2-ci pillələr arasındakı 1 xallıq fərq qorunub.
Günün sonuncu matçında isə MOİK "Turan Tovuz"u qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0.
Fanat.az