I divizionda XVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Son çempion və turnir cədvəlinin lideri "Neftçala" uduzub. Bölgə təmsilçisi doğma meydanda "Turan Tovuz"a yenilib - 0:1.
"Qaradağ Lökbatan" səfərdə "Göyəzən"i 2:0, "Zaqatala" "Bakı"nı 3:0 hesabı ilə yenib.
Tura bu gün keçirilən 4 oyunla yekun vurulub. MOİK səfərdə "Energetik"i darmadağın edib - 5:1. Qollardan 4-ünə imza atan Röyal Nəcəfov bombardirlər yarışında liderliyi ələ alıb.
"Şərurspor" səfərdə "Bakılı"nı 1:0, "Şəmkir" "Mil-Muğan"ı 2:0 hesabı ilə yenib. "Şahdağ" - "Ağsu" oyununda qalib müəyyənləşməyib - 1:1.
I divizion
2015/16 mövsümü
II dövrə, XVIII tur
17 mart
Neftçala - Turan Tovuz 0:1
Qol: Tadıq Əliyev, 55.
Göyəzən - Qaradağ Lökbatan 0:2
Qollar: Rüfət Məmmədov, 61-pen. Sabir Allahquliyev, 86.
Bakı - Zaqatala 0:3
Qollar: Ramil Rəhimzadə, 38. Oruc Balaşlı, 58; 90+1-pen.
18 mart
Bakılı - Şərurspor 0:1
Qol: Rəhman Musayev, 50.
Energetik - MOİK 1:5
Qollar: Elməddin Nəcəfov, 58 - Ramil Orucov, 7. Röyal Nəcəfov, 10; 24; 29; 84.
Mil-Muğan - Şəmkir 0:2
Qollar: İlham Allahverdiyev, 11. Bəhruz Teymurov, 70.
Şahdağ - Ağsu 1:1
Qollar: Sərxan Ağayev, 38 - Elmir Mustafazadə, 65.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 18 | 14 | 2 | 2 | 49:11 | 44 | |
| 2 | Qaradağ L | 18 | 13 | 3 | 2 | 45:18 | 42 | |
| 3 | Ağsu | 18 | 9 | 6 | 3 | 31:16 | 33 | |
| 4 | Şəmkir | 18 | 8 | 7 | 3 | 24:15 | 31 | |
| 5 | MOİK | 18 | 8 | 3 | 7 | 30:20 | 27 | |
| 6 | Zaqatala | 18 | 7 | 6 | 5 | 30:20 | 27 | |
| 7 | Bakılı | 18 | 7 | 4 | 7 | 24:27 | 25 | |
| 8 | Mil-Muğan | 18 | 6 | 6 | 6 | 22:18 | 24 | |
| 9 | Turan T | 18 | 6 | 4 | 8 | 24:22 | 22 | |
| 10 | Şərurspor | 18 | 6 | 3 | 9 | 31:26 | 31 | |
| 11 | Şahdağ | 18 | 4 | 6 | 8 | 21:33 | 18 | |
| 12 | Bakı | 18 | 6 | 2 | 10 | 19:32 | 11 | |
| 13 | Göyəzən | 18 | 2 | 3 | 13 | 11:35 | 9 | |
| 14 | Energetik | 18 | 1 | 3 | 14 | 7:75 | 6 | |
| Bombardirlər | Röyal Nəcəfov (MOİK) - 15. David Canelidze (Neftçala), Rəhman Musayev (Şərurspor) - 12. Oruc Balaşlı (Zaqatala) - 11. | |||||||
| Qeyd: | FIFA-nın İntizam Komitəsinin qərarına əsasən “Bakı”nın 9 xalı silinib. | |||||||
Fanat.az