"Nə günah edirik, nə də ayıb" - Mbappenin anası

"Nə günah edirik, nə də ayıb" - Mbappenin anası

PSJ-nin hücumçusu Kilian Mbappenin anası, eyni zamanda agenti olan Faiza Lamari oğlunun Parisin top-klubu ilə müqaviləsindən danışıb. 

Fanat.Az xəbər verir ki, o, "RMC Sport"a açıqlamasında Mbappenin fantastik maaş alması barədə iradlara münasibət bildirib: 

“Bunda nə günah var, nə də ayıb bir şey. On milyard da versəydilər, bunu götürərik. Sistem belə işləyir”. 

Xatırladaq ki, Mbappe Fransa nəhəngi ilə müqaviləsini 2022-ci ilin yazında uzadıb. Fransa mətbuatı 25 yaşlı hücumçunun təzminat məbləğinin 300 milyon avro, həmçinin maaşının mövsümə 100 milyon avroya çatdığını iddia edir. Tərəflər arasında hazırki müqavilənin müddəti 2024-cü ilin yayında başa çatacaq. Mbappe ona yenidən müqaviləni uzatmağı təklif edən Paris nəhənginin istəyinə qarşılıq vermir. 

Fransa millisinin üzvünü "Real Madrid" transfer etməyə çalışır.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər