Nazarovun komandası yenə uduzdu

Nazarovun komandası yenə uduzdu

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, Aue təmsilçisi doğma meydanda “Holştayn Kil”i qəbul edib və oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Görüşə start heyətdə çıxan Nazarov fasilədə əvəzlənib. Yarımmüdafiəçi 33-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, 22 turdan sonra 15 xalı olan “Ersgebirge” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər